13 Oktyabr 2021 12:48
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada korrupsiya ittihamı səbəbindən istefa verən Kansler Sebastian Kurzun yerinə Baş nazir vəzifəsinə gələn Aleksandr Şallenberq anti-türk davranışları ilə diqqət çəkir.

Teleqraf.com xəbər verir ki, yeni Kanslerin anti-türk mövqeyi tutacağına artıq heç bir şübhə yeri qalmır.

2019-cu ildən bu yana Avstriyanın xarici işlər naziri postunu tutan 52 yaşlı Şallenberq qaçqınlar mövzusunda sərt mövqeyi, eləcə də Türkiyəyə qarşı açıqlamaları ilə gündəmə gəlib.

Ötəl il xarici işlər naziri postunda olan indiki baş nazir Türkiyənin gələcək 30 il ərzində Avropa Birliyinin (AB) üzvü olmayacağını elan edib. Bildirib ki, hər iki tərəf arasında aparılan müzakirələrin nəticə verməyəcəyini bilirmiş.

Yeni Kansler xarici işlər naziri postunda olduğu zamanı Şərqi Aralıq dənizindəki mübahisələrlə bağlı açıq şəkildə bəyan edib ki, Cənubi Kipri və Yunanıstanı müdafiə edir.


Müəllif: Nemət