13 Oktyabr 14:56
1 316

Məxfi bazadakı robot ordusunun peyk görüntüləri Çinin hərbi planlarını pozub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, “Dəniz canavarları” adlandırılan robot ordunun yerləşdiyi ərazi xüsusi diqqət çəkib.

Beləcə yer kürəsinin ən təhlükəli nöqtələrində ABŞ təyyarədaşıyan gəmilərini və hərbi addımlarını kölgə kimi izləyən Çinin böyük sirlərindən biri ifaş edilib, peyk görüntüləri həm də silahlanma yarışının yeni ünvanını ortaya çıxarıb.

Peyk texnologiya şirkəti - Maxar Texnologiya Çinin inkişaf etdirdiyi robot “Dəniz ovçusu” gəmisinin yerləşdiyi çox məxfi bazasının fotolarını yayıb.

Şimali Koreya sərhədlərindəki Liaoninq əyalətinə bağlı Daliandakı limanda yerləşən məxfi baza Çinin istehsal etdiyi və daha böyük insansız dəniz nəqliyyat vasitəsini (USVs) gözlər önünə gətirir.

Məlumat üçün qeyd edək ki, Çin ilk pilotsiz gəmisi olan JARİ donanmasını 2018-ci ildə təqdim etmişdi. 15 metrlik mini qırıcı, yerdən havaya raketlər və yüngül torpedalar vura bilən uzaqdan idarə olunan silahlarla təchiz olunub.

Yeni model isə əvvəlkindən ən az 10 metr böyükdür və inkişaf etmiş mühəndislik xüsusiyyətlərinə malikdir. Fotoşəkillər yuxarıda eyni uzunluqda olan başqa bir pilotsuz gəmini göstərir.

Hərbi mütəxəssislər məxfi bazadakı pilotsuz dəniz nəqliyyat vasitələrinin ABŞ donanmasının istehsal etdiyi 200 milyon dollarlıq yeni nəsl “Dəniz ovçusu”na bənzədiyini bildirir.

Mütəxəssislərə görə, bazada 2017-ci ildə istehsaklına başlanmış daha bir məxfi gəmi var. Eyni zamanda bu limana sistemli şəkildə Çin Xalq azadlıq Ordusuna aid sualtıqayıqlar da gözə dəyir.


Müəllif: Nemət