13 Oktyabr 2021 13:35
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cenevrədə Rusiya və Gürcüstan arasında Qafqazda təhlükəsizlik və sabitliyə dair danışıqların 54 -cü raundu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu danışıqlarda Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik edəcək.

Onun artıq Cenevrədə olduğu açıqlanıb.

Qeyd edək ki, Cenevrə müzakirələri AB, BMT və ATƏT -in vasitəçiliyi ilə 2008-ci ilin oktyabr ayından bəri keçirilir.

Onlar avqust müharibəsindən sonra əldə edilmiş razılaşmalara - 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əsaslanır.

Cenevrədəki görüşlərdə Gürcüstan, Rusiya, ABŞ nümayəndə heyəti, Abxaziya və Cənubi Osetiya tərəfinin nümayəndələri iştirak edir.


Müəllif: Nemət