14 Oktyabr 2021 14:12
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın British Columbia əyalətində keşiş uşaq pornoqrafiyasına görə həbs edilib.

Teleqraf.com xəbər verir ki, main Street Kilsəsinin qurucusu və idarəçisi, eyni zamanda keşişi olan johannes Vermeer uşaq pornoqrafiyasında ittiham edilib.

İlk dəfə 2010-cu ildə həbs edilən keşiş daha sonra 2015-ci ilin mayında iki dəfə eyni motivli cinayəti təkrarlayıb. Barəsində ittihamlar səbəbindən 2018-ci ildə məhkəməyə çıxarılan keşiş 14 ay həbs cəzası alıb.

Məhkəmə, həmçinin keşişin həbs cəzasına əlavə olaraq 18 ay sınaq müddəti ilə yaşamasına və məhkumluğunun 10 il Cinsi Cinayətkarlar Reyestrində saxlanılmasına qərar verib.

Qeyd edək ki, uşaqlara qarşı təcavüz səbəbindən tənqid olunan dünya Katolik Kilsəsi fərqli ölkələrdə ona qarşı açılan məhkəmə iddiaları ilə yenidən gündəmdədir.

Bundan əvvəl Belçika rahiblərinin cinsi istismarına məruz qaldığını iddia edən 24 nəfər Avropa İnsan Haqları Məhkəməsində qaldırdığı məsələ Vatikanın süveren toxunulmazlığı səbəbiylə rədd olunub. Məhkəməyə ərizəsində 24 iddiaçı Katolik Kilsəsində onilliklər boyu uşaqlara təcavüz edən keşişlərin cinayətlərini ört -basdır etməkdən Vatikanın məsul olduğunu iddia edir.qərə


Müəllif: Nemət