14 Oktyabr 2021 13:55
6 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda hakimiyyəti ələ keçirərək hökumət quran Taliban rəsmiləri bu gün Ankaraya gələrək danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Taliban qaynaqları məlumat verib.

Qeyd edilir ki, Taliban hökumət rəsmilərinin Ankara səfəri Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti əsasında baş tutur.

Açıqlanan məlumata görə, Türkiyəyə gələcək Taliban heyətinə Xarici işlər naziri Əmir Xan Muttaqi rəhbərlik edək.

Heyətdə İnformasiya və mədəniyyət naziri Molla Xeyruullah Hayrhva, Kəşfiyyat naziri Molla Əbdülhak Vasik, Daxili işlər nazirinin müavini Mevlevi Nur Cəlal Cəlali, Siyasi ofis üzvü Mevlevi Şahabeddin Dilavər, BMT-dəki daimi təmsilmçi Məhəmməd Suheyl Şahin, Xarici İŞlər Nazirliyinin sözmüsü Əbdülkahhar Belhi və Talibanın yüksək səviyyəli idarəçisi Hacı Məhəmməd İbrahim təmsil olunur.


Müəllif: Nemət