14 Oktyabr 2021 17:18
1 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan Xalq Məclisi cümə axşamı günü keçirilən iclasda Sergey Məlikovu bölgənin başçısı seçib.

Məlumata görə, yeddinci çağırış Dağıstan Xalq Məclisinin ikinci iclası deputatların respublika rəhbərini seçməli olduğu konfrans salonunda başlayıb. Zalda Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Yuri Çayka da iştirak edib. Rusiya Prezidenti Vladimir Putinin təqdim etdiyi respublika başçısı vəzifəsinə namizədlərin siyahısını oxunub.

S.Məlikovun lehinə 87 deputatdan 82-i səs verib.

Respublika başçısının andiçmə mərasimi də cümə axşamı günü baş tutacaq.

V.Putin daha əvvəl bölgə başçısı vəzifəsinə seçilmək üçün aşağıdakı namizədləri Dağıstan Xalq Məclisinə təqdim etmişdi: həlledici səslə Dağıstan Seçki Komissiyasının üzvü Samir Abdulxalikov, Dağıstan Xalq Məclisi sədrinin müavini Kamil Davdiyev və Dağıstanın müvəqqəti rəhbəri Sergey Məlikov.

5 oktyabr 2020-ci ildə V.Putin Dağıstan rəhbəri Vladimir Vasiliyevin vaxtından əvvəl istefasını qəbul edərək onu özünə müşavir təyin edib. Stavropol diyarından Federasiya Şurasının üzvü olan S.Məlikov həmin vaxtdan etibarən respublika başçısı vəzifəsini icra edirdi.


Müəllif: Səxavət