15 Oktyabr 2021 08:45
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada baş tutan danışıqlarda Türkiyə tərəfi Taliban nümayəndələrinə qadınlarla bağlı bir neçə təklif verib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Talibana bir neçə təklif verdik. Ölkədə sülh üçün əhalinin bütün qruplarının iştirakı ilə hərtərəfli hökumətə ehtiyacı var. Qadınların ictimai həyata qaytarılmasını, işlə, bizneslə, qızların təhsillə təmin edilməsini təklif etdik. Bu, təkcə Qərb ölkələrinin istəkləri deyil, həm də müsəlman ölkələrinin təcrübəsi və gözləntiləridir. Bizə bildirdilər ki, qadınlar artıq səhiyyə sahəsinə qayıdıblar”, - deyə Çavuşoğlu danışıqların nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında qeyd edib.


Müəllif: Teleqraf.com