15 Oktyabr 2021 09:27
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, İngiltərə və Avstraliyanın AUKUS ittifaqı çərçivəsində Sakit okeanda birgə nüvə sualtı donanması qurmaq üçün hərəkətə keçdiyi vaxt Rusiya və Çinin sözügedən hövzədə birgə hərbi təlimlərə başlaması diqqət çəkib.

Teleqraf.com-un məlumatına görə, təlimlər Rusiyanın Vladivostok şəhərinin yaxınlığındakı Böyük Pyotr körfəzində keçirilir.

Təlimin məqsədi Çin və Rusiya donanmalarının rabitə, minalardan mühafizə, zenit və sualtı əleyhinə imkanlarından istifadə etməklə dəniz hədəflərinə qarşı birgə manevr və atəş qabiliyyətlərini artırmaqdır.

Çinin xaricdə ilk dəfə 10 min tondan çox sualtı əleyhinə təyyarə və qırıcıların cəlb olunduğu təlimlər bazar gününə qədər davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu