15 Oktyabr 2021 11:39
2 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan və ABŞ arasında Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi yenilənib.

Teleqraf.com xəbər verir ki, Yunanıstan Xarici işlər naziri Nikos Dendias ABŞ Dövlət katibi Entoni Blinkenlə sazişin imzalanmasından sonra Türkiyə əleyhinə təkəbbürlü açıqlama verib.

Dendias Türkiyənin adını çəkmədən suverenliklərinin təhdid edildiyini və müharibəyə hazır olduqlarını söyləyib.

Nazir ABŞ və Yunanıstan arasındakı bu addımın hər iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün qarşılıqlı şəkildə maraqlı olduğunu göstərdiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu