15 Oktyabr 2021 13:33
2 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd millət vəkilinin toxunulmazlığının ləğv edilməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinə müraciət edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Onların arasında müxalif Xalqların Demokratik Partiyasının (HDP) erməni əsilli millət vəkili Karo Paylan da var.

Paylan və digər deputatların əleyhinə bir çox cinayət işi açılıb. Həmin şəxslər Türkiyədə PKK terrorizmi və separatizmə dəstək verməkdə ittiham olunurlar.

Barələrindəki ittiham təsdiqlənəcəyi təqdirdə, Karo Paylan və digərləri həbs olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu