ABŞ Dövlət katibi Con Kerri İordaniyaya səfər edir.
Publika.az xəbər verir ki, səfər çərçivəsində Qüdsdəki vəziyyət, Suriya və İraqda İslam Dövləti qruplaşmalarına qarşı mübarizə məsələlərini müzakirə edəcək.
2013-cü ildə Amerikanın baş diplomatı kimi regiona ondan çox səfər edən Con Kerri İordaniya kralı Abdulla ilə görüşəcək.
Dövlət Departamentindən verilən açıqlamada İsrail-Fələstin sülh prosesi Dövlət katibi Con Kerri üçün prioritet məsələlərdən biri olduğu qeyd edilir.
İordaniyadan sonra Con Kerri sülh və təhlükəsiziliyə dair forumda iştirak etmək və ölkə rəsmiləri və liderlərlə danışıqlar aparmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.