15 Oktyabr 2021 15:16
3 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tehran Vaşinqtondan təklif etmək istədiyindən daha çox şey tələb edərsə, İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr uğurlu olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“ABŞ beynəlxalq nüvə sazişinə qarşılıqlı olaraq qayıtmaqda maraqlıdır. İranla bağlı problemlərin bütün spektrlər üzrə həll etmək üçün faydalı diplomatik işə sadiqik. Sazişə qayıtmaq qarşılıqlı şəkildə olmalıdır. İran təklifdən çox tələb irəli sürsə, bu danışıqlar uğurlu olmayacaq”, - Psaki qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu