15 Oktyabr 2021 20:44
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın sabit inkişafı və beynəlxalq aləmdə güclənməsi Qərbin xoşuna gəlmir, buna görə də bizə hər cür, o cümlədən sanksiyalar və informasiya təxribatları ilə təzyiq göstərməyə çalışırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, birtərəfli sanksiyalar və informasiya təxribatlarından tutmuş, daxili işlərə müdaxiləyə qədər bir çox qeyri-qanuni vasitələrdən istifadə edərək Rusiyaya təzyiq göstərməyə cəhd göstərirlər.

Lavrov Qərbin Baltikyanı ölkələr və Ukraynada rus dilinə qarşı ayrı-seçkiliyə göz yummasının, açıq şəkildə rusofob davranışlara dəstək verməsinin əbəs olduğunu, bu cür addımlarla həmvətənləri parçalamağın və onları tarixi vətənlərindən uzaqlaşdırmaq səylərinin işə yaramayacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu