15 Oktyabr 2021 23:04
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinin 20 illik hakimiyyəti dövründə 5 milyon insan Rusiyanı tərk edərək başqa ölkələrə köçüb.

Teleqraf.com xəbər verir ki, “Takiye dela” adlı xəbər portalının araşdırması Rusiya Statistika Xidmətində yaşayış qeydləri silmiş vətəndaşların sayına əsaslanır.

Tədqiqatçılar əsl rəqəmin daha çox ola biləcəyini deyirlər.

Ekspert Andrey Kolesnikov araşdırma ilə bağlı bura ya başqa ölkələrdə yaşayan Rusiya vətəndaşlarının daxil edildiyini, ya da rəqəmlərin şişirdildiyini deyib.

Kolesnikov siyasi səbəblərdən ölkəni tərk edənlərin sayının az olduğunu iddia edib. Onun fikrincə, mövcud tendensiya daha çox “istehlakçı miqrasiyası”dır.

1980-ci illərin sonlarından etibarən daha yaxşı yaşamaq üçün Sovet İttifaqından Qərb ölkələrinə köç hərəkatı da “sosis miqrasiyası” adlandırılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu