15 Oktyabr 2021 22:28
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə və Uelsdə təxminən 43 min insana özəl bir laboratoriyada yanlışlıq səbəbindən koronavirus testi ilə bağlı “mənfi” cavabı verildiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, Milli Səhiyyə Xidmətinin Test və Monitorinq Mərkəzi tərəfindən aparılan araşdırmalardan sonra Vulverhempton şəhərindəki bir laboratoriyada testlər dayandırılıb.

Xidmət həmin şəxslərə müraciət edərək, yenidən COVID-19 testi vermələrini istəyib. Sözügedən səhv test nəticələri müsbət olan insanlar üçün yenidən edilən testlərin cavablarının mənfi çıxması ilə müəyyən edilib.

Aiidiyyəti qurumlar baş verənlərə görə üzr istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu