ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri sentyabrın 23-dən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı başladığı hücumların ilkin nəticələrini açıqlayıb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqları Təşkilatı yayıb. Məlumatda aviazərbələr zamanı 865 nəfərin həyatını itirdiyini bildirilir. Bunlardan 51 nəfəri mülki vətəndaş, 746-sı İŞİD militanı, 68-i isə Əl Nursa terror qrupunun üzvləridir.
Birləşmiş Millətlər Təşkilatından verilən açıqlamada isə İraq və Suriyadakı toqquşmalar səbəbi ilə 13,6 milyon insanın qaşqın həyatı yaşadığı qeyd edilib.
Samir