16 Oktyabr 2021 08:45
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması ötən gün Əfqanıstanın Qəndahar əyalətində şiə məscidində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Teleqraf.com xəbər verir ki, terror aktına görə məsuliyyəti İŞİD-in Əfqanıstan və Pakistanda fəaliyyət göstərən qolu üzərinə götürüb.

Qeyd edək ki, ötən gün terrorçu-intiharçılar tərəfindən məsciddə törədilən partlayış nəticəsində azı 40 nəfər həlak olub.


Müəllif: Teleqraf.com