13 Noyabr 2014 10:34
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsrailin Qərbi İordanda El-Muğir kəndinin məscidini yandırmasını narahatlıqla qarşılayır.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ xarici işlər nazirinin sözçüsü Jen Psaki məlumat verib. Onun sözlərinə görə, bu cür hərəkətlərə heç cür haqq qazandırmaq olmaz.

İbadət yerlərinə edilən hücumlarla bağlı ABŞ-ın İsraili qınadığını bildirən Psaki təcavüzkarların tezliklə ədalət qarşısına çıxarılacağına ümid etdiyini deyib.

O qeyd edib ki, hər iki tərəf bu məsələlər ilə bağlı ciddi tədbirlər görməlidir.

Samir


Müəllif:

Oxşar xəbərlər