16 Oktyabr 2021 11:37
7 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mərakeş və Efiopiyaya Pilotsuz Uçuş Aparatları (PUA) satması Misiri ciddi narahat edir.

Teleqraf.com xəbər verir ki, rəsmi Qahirə satışın dayandırılması üçün ABŞ və Avropa ölkələrindən kömək istəyib.

Türkiyənin satacağı PUA sistemlərinin Afrikada şərtləri poza biləcəyinə vurğu edən qaynaq Qahirə və Ankara arasında təmas qurulmasına çalışılarkən Efiopoyaya dron satılmasının bu münasibətləri bir qədər də gərginləşdirə biləcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, hazırda Misirlə Efiopiya arasında Nil çayı üzərində su bəndi mövzusunda ciddi gərginlik yaşanır.


Müəllif: Nemət