17 Oktyabr 2021 01:22
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin sentyabrında canlı yayım zamanı xanımının üzərinə benzin tökərək yandıran ər edam olunacaq.

Teleqraf.com xəbər verir ki, bu dəhşətli olay ötən il Çinin Çengdu məntqəsində baş vermişdi.

Məlumat üçün bildirək ki, canlı yayımda yandırılaraq öldürülən xanım sosial şəbəkə fenomenlərindən sayılırdı. Xanım Lamu əsasən TikTok-un Çin versiyası olan "Douyin"də kənd verilişləri hazırlamaqla 100 minlərlə izləyici toplaya bilmişdi.

Sincan əyalətində davam edən məhkəmə sonda 30 yaşlı Lamunun üzərinə benzin tökərək yandıran Tanq Lunu ölüm cəzasına məhkum edib.


Müəllif: Nemət