16 Oktyabr 2021 21:15
2 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın paytaxtı Beyrutda baş verən silahlı toqquşma ilə əlaqəli 19 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Livan rəsmi mediası baş verən hadisədən sonra ordu daxil olmaqla hüquq mühafizə orqanlarına hadisəni araşdırmaq tapşırığı verib.

Təhlükəsizlik qüvvələri əllərinə keçən məlumatlar, təhlükəsizlik kameralarının araşdırılması və silahlı şəxslərin kimliyinin müəyyən edilməsi baxımından iş aparıb. Bu çərçivədə 19 nəfər həbs edilib, amma onların kimliyi haqqında məlumat məxfi saxlanılıb.

Məlumat üçün qeyd edək ki, Livanda Şiə Hizbullah və Emel Hərakatı dəstəkçiləri Beyrut limanında ötən il baş verən partlayışı araşdıran xristian hakim Tarik el-Bitarın yerinə başqasının gətirilməsi tələbi ilə Beyrutdakı Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirib. Bu zaman aksiya iştirakçılarına silahlı şəxslər atəş açıb. Qanlı hadisə zamanı 7 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu hadisə daha sonra xristianların yaşadığı Ayn er-Rumana və şiələrin yaşadığı Eş-Şiyah məhələlərində 5 saat davam edib.

Hizbullah və Emel Hərəkatı hadsəyə görə Xristian Lüvan Qüvvələri Partiyasına bağlı silahlı qrupları ittiham edib. Partiya isə bu iddiaları rədd edib.


Müəllif: Nemət