16 Oktyabr 2021 11:06
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri Rusiyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin hərbi attaşesi Rza Xosravi Mokaddam məlumat verib.

“Məhəmməd Bakeri Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Rusiyaya səfər edəcək”, - hərbi atteşe bildirib.

İran Baş Qərargah rəisinin Rusiya rəsmiləri ilə ölkələr arasında hərbi sahədə əməkdaşlığı, terrorizmlə mübarizə, regional və beynəlxalq problemləri müzakirə edəcəyi qeyd olunur.


Müəllif: Nemət