16 Oktyabr 2021 20:13
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyənin Suriyada əməliyyat keçirməsinə qarşıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxışı zamanı bildirib.

Türkiyənin Suriyada yeni əməliyyat keçirməsi haqda siqnalları qiymətləndirən diplomat deyib ki, ABŞ bu mövzularda son dərəcə açıq olub: “Suriyada istiqlalı inkişaf etdirmək və siyasi həll variantı tapmaq üçün bütün tərəflərin atəşkəs bölgələrini mühafizə edib hörmət göstərməsi əhəmiyyət daşıyır”.

Ned Prays Türkiyənin əhəmiyyətli NATO müttəfiqi olduğunu, terrorla mübarizədə Suriyadakı qarşıdurmaların sona çatdırılması və bölgədə zərər verici təsirlərin azaldılmasına qədər geniş çapda ortaq maraqları paylaşdıqlarını qeyd edib.

Qeyd edək ki, son günlər türk hökumətinin rəsmiləri Suriyada mümkün əməliyyat haqqında siqnallar verir.

“Röyter” agentliyi hətta türk ordusu və kəşfiyyatının əməliyyatlara hazırlıq göstərişi verdiyini açıqlayıb.


Müəllif: Nemət