16 Oktyabr 2021 22:35
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peru dövləti Venesuelada özünü dövlət başçısı elan edən Juan Guaidonun Limaya səfir təyin etdiyi şəxsi tanımayacağını elan edib.

Teleqraf.com xəbər verir ki, Peru mediasında çıxan xəbərlərə görə, Prezident Pedro Katillo yalnız Venesuaela dövlət başçısı Nikolas Maduro hökuməti tərəfindən səfir təyin olunan diplomatı rəsmi olaraq tanıyacaq.

Peru Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Venesuelanın Lima səfiri Aleksandr Qabriel Yanezi diplomatik nümayəndəliyin rəsmi nümayəndəsi kimi tanıyır.

Bununla da özünü Venesueala dövlət başçısı elan edən Quaidonun Limaya səfir təyin etdiyi Karlos Skullun fəaliyyətinə son qoyulub.


Müəllif: Nemət