16 Oktyabr 2021 15:05
4 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalındakı Pençe Qaplan və Pençe Şimşək əməliyyat bölgələrində təsbit olunan PKK terrorçuları zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib.

Nazirliyin məlumatında terrorçuların məhv edildiyi açıqlanıb.

“Terrorçularla mübarizə təsirli və qərarlı şəkildə davam edir. İraqın şimalındakı Pençe Qaplan və Pençe Şimşək bölgələrində müəyyən edilən 4 PKK terrorçusu atəş dəstək vasitələri və ATAK helikopterləri sayəsində məhv edildi”, - Müdafiə Nazirliyi açıqlayıb.


Müəllif: Nemət