16 Oktyabr 2021 23:26
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çinli həmkarı Vanq Yi ilə nüvə anlaşmasını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, tərəflər arasında baş tutan telefon danışığı zamanı nüvə müqaviləsi və iki ölkə arasında imzalanan 25 illik Hərtərəfli Əməkdaşlıq Sazişi ətrafında danışılıb.

Nazir Van Yi bütün tərəflərin nüvə anlaşmasına qayıtmasının vacibliyini vurğulayıb. Nazir İranla Avropa İttifaqı (Aİ) arasında başlayan danışıqları izlədiklərini və bundan məmnun qaldıqlarını, 25 illik müqaviləni həyata keçirməyə hazır olduqlarını, yeni növ koronavirusla (COVID-19) mübarizədə Tehranla əməkdaşlığa davam edəcəklərini də ifadə edib.

Hüseyn Əmir Abdullahiyan da İran və Aİ arasında danışıqların müsbət olduğunu və Brüsseldə davam edəcəyini dilə gətirib. Eyni zamanda ABŞ-ın sanksiyaları ləğv etməli olduğunu da bildirib.


Müəllif: Yeganə Oqtayqızı