16 Oktyabr 2021 23:39
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Qüdsdə uşaq və qadınların mübarizəsi barədə danışarkən göz yaşını saxlaya bilməyib.

Teleqraf.com xəbər verir ki, mübarizənin əhəmiyyətinə diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan çıxışı zamanı kövrəlib.

"Məscidi-Əqsa ilk qibləmizdir. Müsəlmanlar üçün inşa edilən ikinci məsciddir. Peyğəmbərimizin meraca yüksəldiyi yerdir. Peyğəmbərimiz hədislərində buranın müqəddəsliyini ifadə edib. Bu səbəbdən hədisi-şəriflər Qüds qarşısındakı məsuliyyətimizi xatırladır. Bu şəhər ilahi təbliğə şahid olmuş peyğəmbərlər şəhəridir. Hamımızın qəlbimizin orada döyündüyünü bilirəm. Bildiyiniz kimi Osmanlı hakimiyyəti dövründə fərqli dinlər və məzhəblər burada bir sülh mühiti yaşadı. Tarix səhifələrinə uşaqların həbs olunduğu bir dünya yazılacaq. Bu sətirlərə insanların evlərinin əlindən alındığı və haqlarının tapdandığı da əlavə olunacaq. Dünyanın bütün bunları gözardı etdiyi, dərin bir yuxuya getdiyini söyləyəcəklər. Bu uşaqlar başını göyə qaldıranda uçan şar yox, göydən yağan bombalar görürlər", - o bildirib.


Müəllif: Teleqraf.com