Türkiyə F-16-ların modernizasiyası istiqamətində mühüm irəliləyişə nail olub.
Teleqraf.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 40 ədəd F-16-nın satıln alınması üçün ABŞ-a müraciət fonunda 9 təyyarənin milli avadanlıqlarla modernləşdirildiyi, onlardan 8-nin Türkiyə Aerokosmik Sənayesində (TUSAŞ) xəttə olduğu bildirilir.
Məlumata görə, uçuş müddəti 8 min saatdan 12 min saata qədər artan Blok-30-lar milli proqram və AESA radarları ilə texniki cəhətdən Blok-72 səviyyəsinə çatacaq.
ABŞ-ın F-35 proqramından uzaqlaşdırılmasından sonra,Türkiyə Hərbi Hava Qüvvələrinin zərbə qüvvəsi kimi əhəmiyyətli olan F-16-ları gücləndirmək üçün üç istiqamətdə işlər aparılır.
Modernləşdirilmiş 35 təyyarənin Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında 2030-cu ilə qədər xidmət edəcəyi gözlənilir.