COVID-19 pandemiyasının başlaması ilə ölkələrarası səyahətlərə bir sıra məhdudiyyətlər tətbiq olundu. İnsanlar səyahət etməzdən əvvəl COVID-19 testi verməli və ya vaksin olunmalıdılar. Bəs hansı ölkələrə vaksin və test verərək getmək olar?
Teleqraf.com vaksin olunaraq gedə biləcəyiniz Avropa ölkərini təqdim edir.
Azərbaycanda da vaksin tələb olunan ölkələr siyahısındadır. Azərbaycana səyahət etmək istəyənlərdən Pfizer/BioNTech, Moderna, AstraZeneca, Janssen (Johnson & Johnson 1 doza) vaksinləri tələb olunur. COVID-19 tələb olunmur. Vaksin sertifikatı QR kodlu olmalıdır. İki doza peyvənd olunanlardan test tələb olunmur.
Almaniya - Pfizer/BioNTech, Moderna, AstraZeneca (Vaxzevria), Janssen (Johnson & Johnson) vaksinlərini vurduranlar bu ölkəyə səyahət edə bilərlər. Hər iki doza peyvənd olunanlardan test tələb olunmur. Yalnız Janssen (Johnson & Johnson) vaksinini olanlar tək doza ilə də səyahət edə bilərlər.
Rusiya, Albaniya, Rumuniya, Serbiya, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Pakistan – vaksin və ya test tələbi yoxdur. Rəsmi viza ilə səyahət edə bilərsiniz. Test tələb edilmir.
Bosna və Hersaqavina, Maldova, Ukrayna, Bəgreyn, İran, Qırğızıstan, Livan - vaksin tələbi yoxdur. Rəsmi viza ilə səyahət edə bilərsiniz. Səyahətdən 14 gün əvvəl iki doza peyvənd olunanlardan test tələb olunmur.
Avstraliya - Pfizer/BioNTech, Moderna, AstraZeneca (Vaxzevria), Covishield (2 doza), Janssen (Johnson & Johnson 1 doza), Sinopharm (2 doza), Sinovac-CoronaVac (2 doza) vaksinləri tələb olunur. 1 doza vaksin olunanlardan vaksin növünə və müddətinə görə test tələb oluna bilər.
Belçika, Danimarka - Pfizer/BioNTech, Moderna, AstraZeneca, Janssen (Johnson & Johnson1 doza) vaksinləri tələb olunur. Vaksin sertifikatı QR kodlu olmalıdır. İki doza vaksin olunanlardan test tələb olunmur.
Çexiya - Pfizer/BioNTech, Moderna, AstraZeneca (Vaxzevria), Covishield, Janssen (Johnson & Johnson 1 doza) vaksinləri tələb olunur. İki doza peyvənd olunanlardan test tələb olunmur.
Fransa - Pfizer/BioNTech, Moderna, AstraZeneca (Vaxzevria), Covishield, Janssen (Johnson & Johnson 1 doza) vaksinləri tələb olunur.
Səyahətdən 7 gün əvvəl iki doza peyvənd olunanlardan test tələb olunmur.
Gürcüstan, Macarıstan - Pfizer/BioNTech, Moderna, AstraZeneca vaksinləri tələb olunur. Peyvənd olunanlardan test tələb olunmur.
Hollandiya, Qətər – Pfizer/BioNTech, Moderna, AstraZeneca (Vaxzevria), AZD1222 (SK Bioscience Co Ltd.), Covishield, Janssen (Johnson & Johnson 1 doza), Sinopharm, Sinovac vaksinləri tələb olunur. Hər iki doza peyvənd olunanlardan test tələb olunmur.
İspaniya - Pfizer/BioNTech, Moderna, AstraZeneca (Vaxzevria), Janssen (Johnson & Johnson 1 doza), Sinopharm, Sinovac vaksinləri tələb olunur. Hər iki doza peyvənd olunanlardan test tələb olunmur.
İsveç, İsveçrə - Pfizer/BioNTech, Moderna, AstraZeneca (Vaxzevria), Covishield, Janssen (Johnson & Johnson 1 doza), Sinopharm, Sinovac vaksinləri tələb olunur. Hər iki doza peyvənd olunanlardan test tələb olunmur.
COVID -19 peyvəndi ilə yanaşı test tələb edən ölkələr isə aşağıdakılardır: Belçika, Çexiya, İngiltərə, İsveç, İtaliya, Küveyt, Norveç, Səudiyyə Ərəbistanı.