17 Oktyabr 22:48
338

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqerinin başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, Məhəmməd Baqeri dörd gün Rusiyada qalacaq və bu müddət ərzində Rusiya tərəfinin yüksək rütbəli nümayəndələri ilə bir sıra görüşlər keçirəcək .

Rusiyanın müdafiə naziri Serqey Şoyqudan başqa briqada generalı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovla da danışıqlar aparacaq.


Müəllif: Teleqraf.com