17 Oktyabr 2021 23:56
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Luiziana ştatınında yerləşən Qremblinq universitetinin həyətində atışma baş verib.

Bu barədə Teleqraf.com “CNN”ə istinadən xəbər verir.

Universitet nümayəndəsi Tişa Arnold bildirib ki, silah səsləri yerli vaxtla bazar günü, saat 01.15-də (Bakı vaxtı ilə - 10:15) eşidilib. Onun sözlərinə görə, atışma nəticəsində bir nəfər ölüb, yaralılar da var:

“Hadisə məzunların yığıncağı zamanı baş verib. Dərhal tələbələr sığınacağa göndərilib. Polisin məlumatından sonra tələblər sığınacaqdan buraxılıb. Ölən şəxs isə tələbə deyil”. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com