18 Oktyabr 00:28
335

Fransanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Nikolya de Buyan de Lakost rəsmi Minskin tələbi ilə ölkəni tərk edib.

Teleqraf.com xəbər verir ki, diplomatik missiyanın adının çəkilməsini istəməyən nümayəndəsinin sözlərinə görə, səfir artıq işçilərlə vidalaşıb:

“Belarusun Xarici İşlər Nazirliyi səfirdən 18 oktyabr tarixinə qədər ölkəni tərk etməsini tələb edib. Səfir də bu gün ölkədən gedib”.


Müəllif: Teleqraf.com