18 Oktyabr 2021 08:05
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Türkiyənin "Bayraktar" və "Anka" pilotsuz uçuş aparatlarının əldə edilməsi məsələsini nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bunu "CNN"ə müsahibəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.

Onun sözlərinə görə, Birləşmiş Krallıq Türkiyənin döyüş PUA-larının əldə edilməsində çox maraqlıdır:

"İndi onlar qərar verməlidirlər. Onlara variantlar təqdim etdik və indi ciddi şəkildə düşünürlər".


Müəllif: Teleqraf.com