18 Oktyabr 14:32
2 163

Çin və Tayvan arasında gərginlik artır. Çin mətbuatından gələn xəbərlərə görə, Çin öz ordusunu “döyüşə” komandasına keçirib və “hər an müharibəyə hazır ol” əmrini verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin “Qlobal Tayms” qəzeti məlumat yayıb,

Çinin son günlərdə həyata keçirdiyi təlimlərin Tayvan ordusunu da hərəkətə keçirməsinə baxmayaraq, mümkün müharibədə ciddi itkilər verə biləcəyi bildirilib.

Çin Kommunist Partiyasının nəzarətində olan dövlət mediası açıq şəkildə müharibə təhdidini davam etdirdiyi vaxt çinli rəsmilərin açıq hədələri də diqqətdən yayınmır.

“Qlobal Tayms” Çinin öz ordusunu “döyüşə” komandasına keçirdiyini və “hər an müharibəyə hazır ol” əmrini verdiyini yazıb.

Məlumatda ehtimal olunan savaşın Tayvan üçün ciddi dağıntılara yol açacağı, bunun onun üçün “Apokalipsis” olacağı deyilib.

İki ölkənin hərbi qüvvələri müqayisə edildikdə aydın olur ki, Çinin 2.1 milyon əsgəri, 3260 təyyarəsi və 3205 tankı ilə Tayvan üzərində müqayisəsiz üstünlüyü var. Amma mütəxəssislər Tayvanın coğrafi şərtlərinin partizan döyüşləri üçün uyğun olduğu üçün mümkün qarşıdurmada hər iki tərəfin ciddi itkilər verəcəyini də deyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu