18 Oktyabr 2021 12:34
3 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan hökuməti gələn ay Əfqanıstanda humanitar vəziyyəti və təhlükəsizlik məsələsini müzakirə etmək üçün bölgədəki əsas maraqlı tərəflərin milli təhlükəsizlik yetkililərini Dehliyə dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu ölkələrə Rusiya, Çin, Pakistan, İran, Tacikistan və Özbəkistan daxildir.

Əfqanıstan Konfransının tarixi 10-11 noyabr tarixlərinə planlaşdırılır.

Hindistanın konfransa Pakistanı da dəvət etməsi də diqqət çəkib. Hindistan 2019-cu il avqustun 5-də Cammu və Kəşmirin xüsusi statusunu ləğv edib birləşdirdikdən sonra iki ölkə arasında başlayan gərginlik yüksək olaraq qalır. Yerli mətbuatın iddiasına görə, Dehli Əfqanıstandakı durumun Cammu və Kəşmirdə qarşıdurmanı artırdığını düşünür.

Pakistan Baş naziri İmran Xanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Muid Yusifin görüşə qatılıb-qatılmayacağı bəlli deyil.


Müəllif: Mənsur Rəğbətoğlu