18 Oktyabr 2021 14:03
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekinin nüvə qabiliyyətli hipersəsli raketi sınaqdan keçirməsi ABŞ-da çaşqınlıq yaradıb.

Teleqraf.com xəbər verir ki, raketin sınağı avqust ayında keçirilib.

Məlumata görə, raket kosmik sərhəddən əvvəl aşağı orbitə çıxan raket daha sonra yerə doğru düşərək hədəfi vurub.

Mütəxəssislər testin ABŞ kəşfiyyatı üçün sürpriz olduğunu bildirir.

ABŞ mütəxəssisi deyib ki, Çinin bunu necə etdiyinə dair fikirləri yoxdur.

Kosmosun kənarına çatan hipersəsli raketlər, ballistik raketlərdən daha yavaş olsa da, səsdən beş qat daha sürətli hərəkət edir. Bu raketlərin üstünlüyü manevr qabiliyyətinə malik olmalarıdır. Bununla da hava hücumundan müdafiə sistemlərinin bu raketləri aşkarlanması və məhv etməsini çətinləşdirir.


Müəllif: Nemət