18 Oktyabr 2021 11:15
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Gürcüstanın müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstana səfərə gələn ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

“Amerika Birləşmiş Ştatları Gürcüstanın müdafiəsini gücləndirməsinə və Avro-Atlantik inteqrasiyasını inkişaf etdirməsinə kömək etməkdə qərarlıdır. Görüşləri səbirsizliklə gözləyirəm”, - Ostin bildirib.

Pentaqon rəhbəri səfər çərçivəsində Gürcüstan Baş naziri İrakli Qaribaşvili və müdafiə naziri Cuanşer Burçuladze ilə danışıqlar aparacaq. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, regional problemlərin müzakirəsi planlaşdırılır.

Bundan əvvəl Pentaqon rəhbərinin Qara dənizin təhlükəsizlik məsələlərini nəzərdən keçirmək üçün Ukrayna, Gürcüstan və Rumıniyaya səfər edəcəyi bildirilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu