18 Oktyabr 2021 13:47
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın baş qərargah rəisi, general-mayor Məhəmmədhüseyn Bağırinin səfəri çərçivəsində Rusiyadan silah alınması məsələləri müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, iranlı general bu barədə Moskvada jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, İran və Rusiyanın silahlı qüvvələrinin hərbi əməkdaşlığı gücləndirəcəyini vurğulayıb.

Bağıri xatırladıb ki, İran BMT-nin Tehrana silah tədarükü üzrə embarqosunun ləğvindən sonra Rusiya ilə silah alqı-satqısı müqavilələri imzalayıb və bu səfər zamanı müzakirə olunacaq.

Bağırinin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Müdafiə naziri Sergey Şoyqunun rəsmi dəvəti ilə Moskvaya gəlib. Məhəmmədhüseyn Bağıri Moskvada Sergey Şoyqu və Rusiya Baş qərargah rəisi Valeri Gerasimovla görüşəcək.

Danışıqların gündəliyinə hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, terrorizmlə mübarizə ilə bağlı məsələlər daxil olacaq. Həmsöhbətlər həmçinin regional və beynəlxalq prosesləri müzakirə edəcəklər.

İranlı general bundan əvvəl Pakistana getmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu