18 Oktyabr 2021 19:43
2 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis tarixçi Simon Sebaq-Montefior Rusiya Prezidenti Vladimir Putini rus çarları I Nikolay və III Aleksandr və SSRİ lideri İosif Stalinə bənzədib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Polska Times” qəzetinə verdiyi müsahibədə danışıb.

“Məncə, Putin bir çox cəhətdən daha çox Romanovlar sülaləsinin mərhum nümayəndələri I Nikolay və III Aleksandrı xatırladır. Putin heç vaxt kütləvi qətllərlə idarəetmə üsulundan istifadə etməyib”.

Eyni zamanda, Sebaq-Montefior Rusiya prezidentinin ölkəni Stalindən daha uzun müddət idarə edə biləcəyini iddia edib:

“Rusiyada uzun müddət hakimiyyətdə olmaq çox çətin işdir”.

Bundan əvvəl Rusiya prezidentinin keçmiş köməkçisi Vladislav Surkov Vladimir Putini Roma imperatori Oktavianla müqayisə edib. Onun fikrincə, o, Roma İmperiyasının qurucusu kimi demokratiyanı monarxiya arxetipi ilə birləşdirib. Surkov qeyd edib ki, Rusiya lideri “yeni tip dövlət” yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu