18 Oktyabr 2021 13:08
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamaq probleminin gələcək nəsillərə ötürülə bilməyəcəyi mövqeyinə sadiqdir”.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.

Matsuno rəsmi Tokionun 1956-cı ildə imzalanmış SSRİ-Yaponiya bəyannaməsini iki ölkə arasında diplomatik əlaqələrin bərpasına və gələcək danışıqlar prosesinə başlanğıc əsası yaradan əsas sənəd hesab etdiyini bildirib.

O qeyd edib ki, bu sənədin imzalanmasından ötən 65 il ərzində iki ölkə arasında sülh müqaviləsi bağlanmayıb, Yaponiya hakimiyyəti bəyannamənin imzalanmasının ildönümünə böyük əhəmiyyət verir.

Eyni zamanda, Matsuno Kuril adaları ilə bağlı problemin həll edilməsinin vacibliyini vurğulayıb və Rusiyanı bu məsələni təxirə salmamağa çağırıb:

“Hökumət 2018-ci ildə Sinqapurda əldə edilən razılaşmalar da daxil olmaqla, bütün ikitərəfli razılaşmalar əsasında bu işi davam etdirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu