18 Oktyabr 2021 15:03
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada son sutka ərzində koronavirus infeksiyasına 34 325 yoluxma hadisəsi qeydə alınıb. Bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Teleqraf.com xəbər verir ki, bu rəqəm əvvəlki gündən 0,06% çoxdur (34 303). Ümumi yoluxma hadisələrinin sayı 8 027 012-ə yüksəlib.

Sutka ərzində 998 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin sayı 224 310-a çatıb. Gün ərzində 16 431 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 7 017 055 nəfərdir.

Bölgələr üzrə COVID-19-a yoluxma hadisələrinin sayına görə liderlər Moskva və Sankt-Peterburq şəhərləri, Moskva, Samara və Nijni Novqorod vilayətidir.


Müəllif: Səxavət