18 Oktyabr 2021 16:40
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell 85 yaşında dünyasını dəyişdi.

Teleqraf.com xəbər verir ki, bu barədə oktyabrın 18-də onun “Feysbuk” səhifəsində məlumat verilib.

Ölüm səbəbi COVID-19-dan yaranan ağırlaşmalardır.

“ABŞ-ın keçmiş dövlət katibi və Birgə Qərargah Başçısı general Kolin L.Pauell bu səhər COVID-19-un ağırlaşmaları səbəbilə dünyasını dəyişdi. O, tam peyvənd edilmişdi. Biz Valter Rid Milli Tibb Mərkəzinin tibb işçilərinə göstərdikləri qayğıya görə təşəkkür edirik. Biz gözəl və sevən bir əri, atanı, babanı və böyük bir amerikalı itirdik”, - deyə ailəsi sosial şəbəkədə yazıb.

Bu məlumatı CNN telekanalı təsdiqləyib.


Müəllif: Səxavət