18 Oktyabr 2021 23:27
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada rus mafiyasına qarşı keçirilən xüsusi əməliyyat zamanı cinayətkar şəbəkəyə daxil olan Ermənistan və Gürcüstan vətəndaşları saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Milli Jandarması məlumat yayıb.

Araşdırmalara görə, saxlanılanlar qaçaqmal tütün məmulatları və oğurlanmış avtomobillərin satışı ilə məşğul olan qruplaşmanın üzvləridir.

Ümumilikdə 37 nəfərin saxlanıldığı və 61 ayrı istiqamətdə axtarışların aparıldığı deyilib. Xüsusi əməliyyatın digər təfərrüatları hələ açıqlanmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu