18 Oktyabr 23:57
242

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 214 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 351 165 nəfər test edilib, onların 29 240-nın koronavirus testi pozitiv nəticə verib, 26 539 nəfər sağalıb.

Nazirliikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 114 207 634 peyvənd tətbiq edilib ki, bunun 88,47 faizi birinci, 76,45 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Müəllif: Teleqraf.com