19 Oktyabr 2021 09:41
3 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rusiyadan “Su-35” və “Su-57” qırıcıları ala bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə sənayesi naziri İsmayıl Dəmir deyib.

Nazir ABŞ-dan tələb olunan qırıcıların satın alınmasının mümkün olmayacağı təqdirdə alternativlərin nəzərdən keçiriləcəyini bildirib: “Proses müsbət bir şəkildə tamamlanmasa, Türkiyə alternativsiz qalmayacaq. Lazım olsa, “Su-35” və “Su-57” dosyesi hər zaman açıla bilər”.

Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Təşkilatının direktoru Dmitri Şuqayev bu yöndə Ankara ilə danışıqlara başlaya biləcəklərini istisna etməyib:

“Ankara almaq qərarına gəlsə, Moskva “Su-35” və “Su-57” qırıcıları ilə bağlı Türkiyə tərəfi ilə danışıqlara hazırdır”.


Müəllif: Mənsur Rəğbətoğlu