19 Oktyabr 2021 11:35
2 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays “F-35” məsələsi ilə bağlı anlaşılmazlıqların aradan qaldırılması üçün Müdafiə Nazirliyinin (Pentaqon) Türkiyə ilə məsləhətləşmələr apardığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Prays Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “F-35” proqramı üçün Ankaranın verdiyi 1 milyard 400 milyon dolların əvəzinə “F-16” almaq təklifinə münasibət bildirib.

Təklif olunan silah satışları ilə bağlı məlumatın Konqres tərəfindən açıqlanana və təsdiqlənənə qədər gözləməyi məsləhət bilən Prays qeyd edib:

“NATO-dakı müttəfiqimiz Türkiyə ilə tərəfdaşlığımızı yüksək dəyərləndiririk. Türkiyə önəmli NATO müttəfiqidir. Biz uzun və dərin ikitərəfli əlaqələrə malikik və Türkiyənin NATO ilə qarşılıqlı əlaqəsi prioritet məsələ olaraq qalır”.

Prezident Ərdoğanın sözlərinə birbaşa cavab verməyən Prays bunları söyləyib:

“Müdafiə Nazirliyi “F-35”lə bağlı Türkiyə ilə məsləhətləşmələr aparır. Türkiyə rəsmiləri “F-16” təyyarələri almaqda maraqlı olduqlarını açıq şəkildə bildiriblər. Türkiyənin hərbi alqı-satqı planları haqda danışmaq üçün sizə Türkiyə hökumətinə müraciət etməyi tövsiyə edirəm. Deyə bilərəm ki, ABŞ Türkiyənin “F-16” istəkləri ilə bağlı hansısa maliyyə təklifi verməyib. Müdafiə Nazirliyi “F-35” proqramı ilə bağlı mübahisələrin həllinə dair Türkiyə ilə məsləhətləşmələr aparır”.


Müəllif: Mənsur Rəğbətoğlu