19 Oktyabr 2021 10:07
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan 5 ədəd F-1 qırıcısı Bolqarıstanın Qraf İqnatievo hava bazasına gəlib.

Teleqraf.com xəbər verir ki, qırıcılar Kaliforniyadakı 366-cı hərbi bazadan qalxıblar.

Məqsəd Bolqarıstan və ABŞ-ın birgə keçirəcəyi “Kastle Forge-2021” təlimlərində iştirak etməkdir. Təlimin birinci mərhələsində ABŞ qırıcıları Bolqarıstan Hava Qüvvələrinin Miq-29, Su-25 və L-39 ZA model qırıcılarla birlikdə uçacaq.

Bundan sonra F-15-lər 24-29 noyabrda Yunanıstan Hava Qüvvələri ilə birlikdə keçiriləcək təlimlərdə iştirak məqsədilə Yunanıstanın Larisa şəhərinə uçacaq. Burada təlimlər başa çatdıqdan sonra təkrar Bolqarıstana qayıdacaq ABŞ qırıcıları “Kastle Forge-2021” təliminin ikinci mərhələsinə başlayacaq.

Qeyd edək ki, “Kaste Forge-2021” təlimləri ən böyük təlimlər hesab olunur və bu məqsədlə ABŞ Yunanıstanın Dədəağac limanına böyük miqdarda hərbi yük gətirməyi planlaşdırır. Təlimlərdə onlarla NATO ölkəsinin iştirakı gözlənilir.

Hərbi analitiklərə görə, bu təlimlər ABŞ və NATO-nun Qara dəniz, Şərqi Avropa və Balkanlarda mövqeyinin güclənməsinə səbəb olacaq ki, bu da Moskvanı qıcıqlandırmaya bilməz.


Müəllif: Nemət