19 Oktyabr 2021 11:10
4 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün 5 milyard yeni İsrail şekeli (təxminən 1.53 milyard dollar) ayırdığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalının yaydığı məlumatda bildirilib.

Məlumatda 3 milyard şekelin bu ilin büdcəsinə, 2 milyard şekelin isə gələn ilin büdcəsinə əlavə ediləcəyi deyilib.

Bu fondun İranın nüvə obyektlərinə hücum qabiliyyətini artırmaq üçün təyyarələrə, kəşfiyyat məlumatlarının toplanmasına və xüsusi silahlanmaya ayrılacağı vurğulanıb.

“Kanal 12”nin iddiası ilə bağlı hələlik İsrail rəsmilərindən açıqlama verilməyib. İsrail baş qərargah rəisi Aviv Koçavi keçən ay verdiyi açıqlamada İranın nüvə proqramına hücum planlarının icrasını önəmli dərəcədə sürətləndirdiklərini demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu