19 Oktyabr 2021 11:27
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin və rus hərbi gəmiləri ABŞ-ın strateji müttəfiqi olan Yaponiyanın şimalındakı Tsuqaru boğazından keçid edib.

Teleqraf.com xəbər verir ki, Yaponiya Dəniz Müdafiə Qüvvələri Çin və Rusiya donanmasına aid gəmiləri ilk olaraq Okusir adalarının 110 kilometrliyində aşkar edib.

Daha sonra Çin və Rusiya donanmasının ünsürləri Yaponiyanın şimalındakı Honşu və Hokkaido bölgələri arasında qalan Tsuqaru boğazına daxil olub. Yapon dənizindən ayrılaraq boğaza daxil olan 10 hərbi gəmi Sakit okeana keçid edib.

Yaponiya Müdafiə Nazirliyi Rusiya və Çinə məxsus gəmilərin ilk dəfə boğazdan keçdiyini bildirib.

Renhai sinifli idarə olunan raket sistemi də daxil olmaqla 5 gəminin Çinə, biri dağıdıcı olmaqla digər 5 gəminin Rusiya donanmasına aid olduğu qeyd edilib.

Nazirlik Çin və Rusiya gəmilərinin ilk dəfə boğazdan keçməsinə dair xüsusi analiz hazırlanacağını açıqlayıb.


Müəllif: Nemət