19 Oktyabr 2021 12:20
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki dövlətin ordusu sərhəddə üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, Konqo Demokratik Respublikası ordusu Şimali Kivu əyalətinin Ruanda sərhədində yerləşən Kibumba bölgəsində ruandalı əsgərlərin hücumunu dəf etdiyini açıqlayıb.

Konqo ordusunun sərhəd hərbi birliyinin komandanı polkovnik Guillaume Njike bəyan edib ki, Ruanda müdafiə qüvvələrinə aid hərbi birlik sərhəd zonasında hücum həyata keçirib. Sərhəddə hücumun qarşısının Konqo ordusu tərəfindən alındığına vurğu edən polkovnik əlavə edib ki, ruandalı əsgərlər geri qayıdarkən bir çox evi yağmalayıb.

Məsələyə dair Ruanda tərəfindən rəsmi açıqlama verilməyib. Qeyd edək ki, iki ölkə arasında “kasika qətliamı” səbəbindən daima gərginlik yaşanır.

Qeyd edək ki, BMT-nin hesabatına görə, 1998-ci ilin 24 avqustunda Konqonun Kasika qəbəsinə hücum edən Ruanda ordusu çoxu qadın və uşaq olmaqla mindən çox insanı qətlə yetirib, minlərlə mülki insan yaralanıb.


Müəllif: Nemət